Corc Kluninin Bred Pittə etdiyi bu zarafat gündəm oldu

Corc Kluninin Bred Pittə etdiyi bu zarafat gündəm oldu
Foto Video
Digər 299

Ötən gün keçirilən Venesiya Film Festivalında "Wolfs" filminin nümayişi maraqlı anlarla yadda qalıb. 

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ekran işinin aktyorları Bred Pitt və Corc Kluninin festivala gəlişi böyük coşqu ilə qarşılanıb. 

Hər iki aktyor xarizmatik görünüşləri ilə xeyli diqqət çəkiblər. Onlar filmin nümayişinə yaxtada gəliblər.  

Festivalda marağa səbəb olan digər məqam isə Kluninin Pittə etdiyi zarafat olub.

Belə ki, yaxtadan düşərkən Kluni Bredə dovşan qulağı tutub.

Corc Kluninin Bred Pittə etdiyi bu zarafat gündəm oldu

Sözügedən məqam paparazzilər tərəfindən anbaan görüntülənib.

Kluninin Pittə etdiyi bu zarafat dünya mətbuatının gündəmini zəbt edərək müzakirələr yaradıb. 

BAKU.WS həmin kadrları təqdim edir:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər