COP29-da dostlaşan azyaşlılar
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) doqquzuncu günündə nəinki dövlətlərarası münasibətlər güclənir, hətta azyaşlılar da beynəlxalq səviyyədə dostlaşırlar.
Azyaşlılar üçün keçirilən tədbirdə qonaqlar arasında 4cü sinif şagirdi Cəfər İsmayıllı COP29-da həmyaşıdı Georgina Magesa ilə dostlaşıb və evinə dəvət edib. Balaca dostlar öz ölkələrinin bayraqları, dövlət atributları barədə danışıblar. Cəfər İsmayıllı xarici dostuna ölkəmizin təbii sərvətləri və təbiəti haqqında məlumatlar verib. Azyaşlılar bundan sonra da dostluqlarını davam etdirəcəklərinə söz veriblər.
Qeyd edək ki, Georgina Magesa Tanzaniadandır, ekoaktisitdir. O azyaşlı olmasına baxmayaraq 3 kitab müəllifidir. Onun öz təşəbbüsü ilə uşaqlara yardım fondu yaradılıb.
Qalereya
Oxşar xəbərlər
2026-cı ilə xoşbəxt başlayacaq bürclər
Yeni ilin başlanğıcı bəzi bürclər üçün sevinclə, uğurla və daxili rahatlıqla dolu olacaq. Ulduzların düzülüşü göstərir ki, 2026-cı ilin ilk aylarında bir neçə...