"Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər

Chrome ləğv olunur - Googlea inanılmaz tələblər
Digər 715

ABŞ Ədliyyə Nazirliyi "Google"un sahibi olan "Alphabet" korporasiyasına qarşı məhkəməyə müraciət edərək populyar "Chrome" brauzerindən çəkinməyi tələb edib. Bu qərar internet brauzerlər bazarında qüvvələr nisbətini köklü şəkildə dəyişə və bütün dünyada milyonlarla istifadəçiyə təsir edə bilər.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb.

Bildirilib ki, prokurorluq yalnız "Chrome"un satışını tələb etməklə kifayətlənməyib. Onlar, həmçinin antiinhisar tədbirləri çərçivəsində "Google"un beş il ərzində brauzerlər bazarına çıxmasına qadağa qoyulmasında israr ediblər.

"StatCounter"in məlumatlarına əsasən, "Chrome"un ABŞ bazarında payının 61% təşkil etdiyini nəzərə alsaq, bu, misli görünməmiş qərardır.

Bundan əlavə, Ədliyyə Nazirliyi "Google"un "Apple" və digər şirkətlərlə smartfonlarda, brauzerlərdə öz axtarış sisteminin quraşdırılması ilə bağlı müqavilələr bağlamasını qadağan etməyə çalışır.

Korporasiyanı, həmçinin 10 il ərzində məlumatları rəqiblərlə bölüşməyə məcbur etmək istəyirlər.

İddiaçının hüquqşünaslarının məhkəmə sənədlərində qeyd edilir ki, "Google" qanunsuz əldə edilmiş üstünlükdən faydalandığı üçün oyun qaydaları bərabər deyil".

"Google" vəziyyətin düzəldilməsi ilə bağlı öz təkliflərini 20 dekabra qədər təqdim etməyi planlaşdırır. Qərarın 2025-ci ilin yayının sonuna qədər veriləcəyi gözlənilir. Korporasiya nümayəndələri hesab edirlər ki, belə tələblər istehlakçılara və tərtibatçılara ziyan vuracaq.

Oxşar xəbərlər

Əhalinin NƏZƏRİNƏ! - Sarı xəbərdarlıq edildi

Əhalinin NƏZƏRİNƏ! - Sarı xəbərdarlıq edildi

Milli Hidrometeorologiya Xidməti noyabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəb...

31 Digər 14:10 24 noyabr 2024

Son xəbərlər