Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılan ərazi nəzarətə götürülüb

Cəlilabadda park tikintisi zamanı qədim əşyalar tapılan ərazi nəzarətə götürülüb
Foto
Digər 7

Cəlilabad rayonunda park tikintisi zamanı qədim əşyalar aşkar olunan ərazi nəzarətə götürülüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ərazi hasarlanıb və kamera quraşdırılıb.

Xatırladaq ki, əşyalar bir müddət öncə rayonun Nar bağı adlanan ərazisində salınan parkın tikintisi zamanı aşkar edilib.

Həmin ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid təsərrüfat küpləri və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.

Tarixi tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, dosent Vəfa Mahmudova əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər