Cəfər Cabbarlının büstünün restavrasiyasına başlanıldı
Cəfər Cabbarlının adını daşıdığı Azərbaycanfilm kinostudiyasının həyətində yerləşən büstünün restavrasiyasına başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Kinostudiyadan bildirilib.
Bildirilib ki, büstün bərpası işlərinə Rəssamlıq Akademiyasının mütəxəssisləri cəlb olunur, növbəti mərhələdə ətrafda abadlıq işləri həyəta keçirilməsi nəzərdə tutulub.
"Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının bazasında "Kinopark" layihəsi inkişaf etdirilir və tezliklə yekunlaşacaq. Nəticədə burada onlarla kinoşirkəti əhatə edən, yüzlərlə insanın çalışacağı məkan formalaşacaq və kino sənayesinin müxtəlif qurumları burada cəmləşəcək", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Böyük Britaniyadakı quraqlıq tərəvəz qiymətlərinin artmasına səbəb olub
Bu yay Böyük Britaniyada uzun sürən quraqlıq və anomal istilər bir sıra kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına, qiymətlərin artmasına və tərə...