Canlı hüceyrələrdən süni damar yetişdirildi

Canlı hüceyrələrdən süni damar yetişdirildi
Digər 20

Rosatom-un Troitsk Elmi İnstitutunda çalışan alimlər canlı hüceyrələrdən süni qan damarları yetişdirməyə nail olublar.

BAKU.WS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bu texnologiya ateroskleroz, varikoz, tromboz və digər damar xəstəliklərinin müalicəsində istifadə edilə bilər.

Tədqiqatçılar ultrasəs akustik sahə vasitəsilə 10 sm uzunluğunda damar ekvivalentləri yetişdiriblər. Gələcəkdə manyetik sahələrdən istifadə etməklə daha mürəkkəb və budaqlanmış süni damar sistemlərinin hazırlanması planlaşdırılır.

Bu üsul uğur qazansa, orqan donorluğuna ehtiyac olmadan fərdi uyğunlaşdırılmış süni orqanlar (böyrək, qaraciyər və s.) istehsal edilə bilər. Tədqiqatlar Seçenov Moskva Dövlət Tibb Universitetində davam etdirilir və il ərzində davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər