C vitamini bu şəxslərə xeyirdən çox zərər verir
Yeniliklərdən dərhal xəbərdar olun
"Askorbin turşusunu ( vitamin C-nin elmi adı ) yüksək dozada qəbul etmək nə xəstəliyin qarşısını alır, nə də gedişatını yüngülləşdirir"
BAKU.WS Milli.Az-a istinadən xəbər verir ki, rusiyalı terapevt Svetlana Kanevskaya payız aylarında vitamin C və digər əlavələrin soyuqdəymədən qorumaq gücünü təkzib edib.
Onun sözlərinə görə askorbin turşusunu yüksək dozada qəbul etmək nə xəstəliyin qarşısını alır, nə də gedişatını yüngülləşdirir.
Mütəxəssis bildirib ki, artıq qəbul edilən vitaminlər orqanizmdən xaric olunur, bəzən isə qaraciyər və böyrəklərə yük salaraq sağlamlığa zərər vurur. Xüsusilə böyrəyində daş olan şəxslər üçün vitamin C-nin həddindən artıq qəbulu təhlükəlidir, çünki orqanizmdə oksalat kristallarının yaranmasına səbəb ola bilər.
Kanevskayanın sözlərinə görə immuniteti gücləndirməyin əsas yolu düzgün yuxu, balanslı qidalanma, fiziki aktivlik və stressin idarə olunmasıdır.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...