Bu yoluxucu xəstəlik ölüm səbəblərində ikinci sıradadır
Dünyada koronavirusdən sonra yoluxucu xəstəliklər arasında ən çox ölümə səbəb olan xəstəlik vərəmdir.
BAKU.WS Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, 2023-cü ildə təxminən 10,8 milyon insan vərəm diaqnozu alıb, 1,25 milyon insan isə bu xəstəlikdən vəfat edib.
Vərəm "Mycobacterium tuberculosis" bakteriyasının yaratdığı və əsasən ağciyərləri təsir edən yoluxucu bir xəstəlikdir. Xəstə öskürdükdə və ya asqırdıqda hava vasitəsilə yayılır və xüsusilə bağlı məkanlarda yoluxma riski artır.
Türkiyədə Tüberkülozla Mübarizə Proqramı çərçivəsində diaqnoz, müalicə və izləmə xidmətləri pulsuz təqdim olunur. Vərəmin qarşısını almaq üçün körpələrə iki aylıqkən BCG peyvəndi tətbiq edilir.
Xəstəliyin müalicəsi yalnız nizamlı dərman qəbulu ilə mümkündür və yoluxma riski adətən 2-3 həftə ərzində aradan qalxır. Həmçinin, xəstələr müalicə müddətində birbaşa nəzarət altında olur və sosial yardımlardan faydalana bilirlər. Erkən diaqnoz və effektiv müalicə vərəmin yayılmasının qarşısını almaqda vacibdir.
Oxşar xəbərlər
"Meta"nın sosial media platformalarında dəyişiklik ediləcək
ABŞ-də yerləşən "Meta" şirkəti ifadə azadlığını bərpa etmək üçün fakt yoxlama proqramını dayandıracağını, "Facebook" və "Instagram" da daxil olmaqla platformala...