Bu Yeni il yeməkləri spirtli içki ilə qarışdırıldıqda təhlükəli olur - Həkim açıqladı

Bu Yeni il yeməkləri spirtli içki ilə qarışdırıldıqda təhlükəli olur - Həkim açıqladı
Digər 98

Yeni il süfrəsində spirtli içkini bir sıra məhsullarla birləşdirməməlisiniz.

BAKU.WS "Veçernaya Moskva"ya istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Valeriya Lomova danışıb.

O, ən təhlükəli birləşmələrin adını açıqlayıb.

Həkim meyvə və şirniyyatla spirtli içki qəbul etməməyi məsləhət görüb.

"Onların tərkibində fruktoza var, şəkər, spirtlə birləşdikdə mədəaltı vəzi və qaraciyərə mənfi təsir göstərir", - deyə həkim bildirib.

Həmçinin, şirniyyatla spirt içmək qanda qlükoza səviyyəsini artıra bilər, bu xüsusilə insulin müqaviməti, diabet və piylənmə olan insanlar üçün zərərlidir.

Bundan əlavə, Lomova spirti duzlu qidalarla birləşdirməyi tövsiyə etməyib, çünki çox miqdarda duz böyrəklərə və ürəyə yükü artıra bilər.

Qastroenteroloq əlavə edib ki, alkoqol ilə birlikdə ədviyyatlı qəlyanaltılar mədə-bağırsaq traktının selikli qişasına mənfi təsir göstərə və iltihaba səbəb ola bilər.

Qızardılmış ət spirtlə birlikdə təhlükəli ola bilər, çünki qaraciyər və mədəaltı vəzinin işinə təsir göstərir.

Sonda Lomova müxtəlif növ spirtləri qarışdırmamağı və tərkibində çoxlu şəkər olan kokteyllərdən çəkinməyi tövsiyə edib.

Oxşar xəbərlər

Son xəbərlər