Bu vərdiş ömrü 10 il qısaldırmış

Bu vərdiş ömrü 10 il qısaldırmış
Digər 100

Gerontoloqlar və uzunömürlülük üzrə mütəxəssislər bildirirlər ki, həyat tərzi insanın ömür uzunluğuna ciddi təsir göstərir və bu, təkcə genetika ilə bağlı deyil.

BAKU.WS xəbər verir ki, bu barədə Almaniyanın "Focus" nəşri yazıb.

Mütəxəssislərin sözlərinə görə, sağlamlığa zərər verən risk faktorlarının böyük hissəsi insanların gündəlik həyatında formalaşdırdığı vərdişlərlə bağlıdır.

Ekspertlərin qiymətləndirməsinə əsasən, siqaret çəkmək uzunömürlülüyün ən böyük düşmənlərindən biri hesab olunur. Siqaretdən imtina etmək həm daha uzun yaşamaq, həm də sağlamlığı qorumaq üçün ən vacib addımlardan sayılır.

Alkoqol və tütünün insan orqanizminə təsirini araşdıran tədqiqat qrupunun aparıcı elmi əməkdaşı, "University College London"un mütəxəssisi Sara Cekson bildirib ki, hər çəkilən siqaret insan ömrünü qısaldır. Onun sözlərinə görə, buna görə də siqareti mümkün qədər tez tərgitmək lazımdır.

Məlumat üçün bildirək ki, qeyri-sağlam qidalanma - zərərli qidaların çox, tərəvəz və meyvələrin isə az istehlakı artıq çəkiyə səbəb olur və ürək-damar sisteminə əlavə yük yaradır. Uzun müddət hərəkətsiz qalmaq, az fiziki aktivlik və yuxu çatışmazlığı da orqanizmə mənfi təsir göstərir. Bu amillər xroniki xəstəliklərin riskini artırır və qocalma prosesini sürətləndirir.

Son xəbərlər