Bu tarixdən YAĞIŞLAR BAŞLAYIR - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında mayın 17-18-də fasilələrlə yağış yağacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
***15:57
Azərbaycanın rayonlarında mayın 18-i axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, 16-sı axşam şərq rayonlarında yağıntının bir qədər güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
Oxşar xəbərlər
Kompüter yaddaşının ömrünü uzatmağın yolu açıqlanıb
XDA nəşri kompüter yaddaşından daha səmərəli istifadə və onun ömrünü uzatmağın yollarını açıqlayıb. BAKU.WS xəbər verir ki, ən optimal həll SSD və HDD disklərin...