Bu meyvələrin ac qarına yeyilməsi cana xeyirdir
Bəzi meyvə və giləmeyvələr ac qarına istehlak edildikdə orqanizmə faydası birəbeş artır.
BAKU.WS xəbər verir ki, ac qarına yeyilməsi tövsiyə olunan meyvələr əsasən mədə və həzm sistemi üçün faydalı olan, yüngül və asan həzm olunan meyvələrdir.
Bunlara aşağıdakılar daxildir:
Alma
Almanın tərkibi liflə zəngindir, həzmi asanlaşdırır və mədəni qıcıqlandırmır.
Banan
Təbii enerji mənbəyidir və mədə turşuluğunu balanslaşdırır.
Armud
Ac qarına armud yemək mədəni sakitləşdirir və həzm sistemini tənzimləyir.
Qarpız
Bu giləmeyvənin tərkibində bol su olduğu üçün orqanizmi nəmləndirir və yüngül qəbul olunur.
Bu qidaları ac qarına yemək orqanizm üçün faydalı olsa da, həddən artıq miqdarda qəbul etməmək tövsiyə olunur, çünki bəzi hallarda mədədə diskomfort yarada bilər. Xüsusilə mədə problemləri olan şəxslər həkimlə məsləhətləşməlidirlər.
Oxşar xəbərlər
Bel və boyun ağrıları olanların DİQQƏTİNƏ
Mütəxəssislər bildirirlər ki, bel və boyun ağrıları yalnız soyuq havanın təsirindən deyil, həm də emosional gərginlik və stressdən qaynaqlana bilər. Əsəb və nar...