Bu insanlar ölümlə üz-üzədir - Ekspertlər həyəcan təbili çalır

Bu insanlar ölümlə üz-üzədir - Ekspertlər həyəcan təbili çalır
Rəy Foto
Digər 151

Bu gün dünyada inkişafın sürətlənməsi, texnologiyanın genişlənməsi və iş şəraitinin dəyişməsi insanların həyat tərzinə birbaşa təsir edir.

Xüsusilə şəhər mühitində yaşayanlar arasında hərəkətsizlik (hipodinamiya) ciddi sağlamlıq problemi kimi yayılmaqdadır. Artıq bir çox xəstəliklərin əsas risk amili məhz passiv həyat tərzi sayılır.

Müalicəvi fiziki tərbiyə mütəxəssisi Elsevər Məstanov BAKU.WS-ə açıqlamasında bildirib ki, insan bədəni hərəkət üçün yaradılıb.

Bu insanlar ölümlə üz-üzədir - Ekspertlər həyəcan təbili çalır

"Hərəkətsizlik bədənin funksiyalarını zəiflədir və zamanla ağır xəstəliklərin yaranmasına səbəb olur", - deyə mütəxəssis bildirib.

Skelet–əzələ sisteminə təsiri

Qeyd edək ki, hərəkətsizliyin ilk zərər vurduğu sahə insanın dayaq-hərəkət aparatıdır.

Məstanov Elsevərin sözlərinə görə, uzun müddət oturaraq işləyən və aktiv olmayan şəxslərdə əzələ zəifliyi, kürək və çiyin ağrıları, boyun gərginliyi, bel-dalma nahiyəsində ağrılar, qamət pozğunluğu (skolioz, kifoz, lordoz) çox tez-tez rast gəlinir:

"Zamanla bu problemlər həm iş qabiliyyətini azaldır, həm də gündəlik hərəkətlərdə narahatlıq yaradır.

Mütəxəssis bildirir ki, gündəlik 30 dəqiqəlik yüngül hərəkət belə damarların fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bu patologiyalar uzunmüddətli dövrdə həyati təhlükə yarada bilər:

"Hərəkət beynin fəaliyyətini aktivləşdirir. Aktiv olmayan insanlarda stress, yuxusuzluq, əsəbilik və depressiv hallar daha çox müşahidə olunur".

Qeyd edək ki, fiziki məşq zamanı bədəndə xoşbəxtlik hormonları olan serotonin və endorfin ayrılır ki, bu da insanın əhvalını yüksəldir.

Tənəffüs sisteminə təsir

Passiv həyat tərzi ağciyərlərin işini də zəiflədir. Bu zaman nəfəs darlığı, tez yorulma, dözümlülüyün azalması, oksigen çatışmazlığı kimi şikayətlər yaranır. Aktivlik isə tənəffüs sistemini gücləndirir və bədənin oksigenlə təminatını artırır.

Mütəxəssis deyir ki, sağlam gələcək hərəkətdən başlayır.

"Gün ərzində atılan hər kiçik addım bizi xəstəliklərdən bir addım uzaqlaşdırır. Hər bir insan, yaşı və peşəsindən asılı olmayaraq, fiziki aktivliyi həyatının təbii hissəsinə çevirməlidir. Bu, həm sağlam, həm də enerjili bir həyatın əsas şərtidir".

Hər bir insana aşağıdakılar tövsiyə olunur:

Hər saatda 3–5 dəqiqə ayağa qalxın və hərəkət edin.

Kiçik addımlar belə böyük fayda verir.

Gündə ən azı 30 dəqiqə aktiv hərəkət.

Gəzinti, pilləkən çıxma, evdə yüngül gimnastika kifayətdir.

Əzələ gücləndirici məşqlər edin.

Xüsusilə bel, boyun və qarın əzələlərinin möhkəmləndirilməsi qamət üçün vacibdir.

Uşaqlarda hərəkətsizliyə qəti yol verməyin.

Uşaqların fiziki inkişafı üçün hərəkət əsas şərtdir.

Ziya SƏCCAD

Son xəbərlər