Bu içkilər sizin əsəblərinizi sakitləşdirə bilər - Mütəxəssis açıqladı

Bu içkilər sizin əsəblərinizi sakitləşdirə bilər - Mütəxəssis açıqladı
Digər 191

Həyatın müasir ritmində narahatlıq və stress bir çox insanın "ömür yoldaşı"na çevrilib. 

BAKU.WS xəbər verir ki, rusiyalı dietoloq və tibb elmləri namizədi Daria Rusakova içkilərin köməyi ilə dinclik tapmağın təsirli yollarını "Veçernyaya Moskva" ilə bölüşüb.

Mütəxəssis bildirib ki, təkcə içkilər vasitəsilə mütləq sakitliyə nail olmaq xüsusilə narahat insanlar üçün çətin olsa da, bir sıra effektiv həll yolları var. "Tərkibində kofein olmayan müxtəlif içkilər bu baxımdan uyğundur" deyə Rusakova vurğulayıb.

Mütəxəssis aşağıda sadalanan bitki mənşəli içkilərə diqqət yetirməyi tövsiyə edir:

- nanə

- çobanyastığı

- limon balzamı

- lavanda

Nəzərə almaq lazımdır ki, sakitləşdirici bitki mənşəli dəmləmələr və çaylar apteklərdə, marketlərdə və supermarketlərdə satılır. 

Güclü emosional partlayış halında, ekspert sadə, lakin təsirli adaha bir həll təklif edir - bir stəkan soyuq su. Bu üsul bir anda iki istiqamətdə işləyir: özünü psixoloji cəhətdən yayındırmağa kömək edir və qan axınının yenidən bölüşdürülməsini təşviq edərək damar sistemi vasitəsilə bədənə fizioloji təsir göstərir.

Son xəbərlər