Bu ərazilərə leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
06
dek
2025
11:45
Azərbaycanda dekabrın 6-a saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisinin bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanın 64%-i), Lerikdə iki, Qusarda bir mm-dir.
Şərur, Sədərək, Şəmkir, Qobustan, Sabirabad, Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Oxşar xəbərlər
Alimlər: Xəstəlik peyvəndin yan təsirlərindən daha az qorxu yaradır
Dünyanın müxtəlif ölkələrində peyvəndləməyə münasibətdə skeptisizm artır. Tədqiqatçılar bunu ilk növbədə dövlət institutlarına və ekspertlərə etimadın zəifləməs...