Britaniya radiosu səhvən Kral III Çarlzın ölümünü elan etdi
Böyük Britaniyanın "Radio Caroline" radiostansiyası texniki səhv nəticəsində Böyük Britaniya Kralı III Çarlzın ölüm xəbərini yayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Independent" qəzeti bildirib.
Qeyd olunur ki, yanlış xəbərin efirə getməsindən sonra radiostansiya 15 dəqiqəlik yayımı dayandırıb. Daha sonra aparıcılar efirə qayıdaraq səhvə görə üzr istəyiblər.
Onların sözlərinə görə, elan "kompüter xətası" səbəbindən yayımlanıb: radioda monarxın ölüm halı üçün əvvəlcədən hazırlanmış proqram təsadüfən işə düşüb.
"Radio Caroline"in rəhbəri Piter Mur sosial şəbəkələrdə Kral III Çarlzdan və dinləyicilərdən üzr istəyib.
Qeyd edək ki, III Çarlz 2022-ci il sentyabrın 8-də kraliça II Elizabetin vəfatından sonra taxta çıxıb. Tacqoyma mərasimi isə 2023-cü il mayın 6-da Londondakı Vestminster abbatlığında keçirilib.
Oxşar xəbərlər
Moskvada anomal istilər: 129 il əvvəlki rekord qırıldı
Rusiyanın paytaxtı Moskvada qeydə alınan anomal isti hava şəraiti son 129 ilin temperatur rekordunu qırıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə...