Boksçu Co Baqner vəfat edib

01
sen
2025
19:10
Keçmiş boksçu Co Baqner 75 yaşında vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
C.Baqner iki dəfə Böyük Britaniya və Birlik çempionu, üç dəfə Avropa çempionu olub.
O, 1973-cü ildə Məhəmməd Əli və Co Freyzerlə 12 raundluq döyüşlər keçirib.
C.Baqner peşəkar karyerası ərzində ümumilikdə 83 döyüş keçirib. Bunun 69-u qələbə (41-i nokautla), 13-ü məğlubiyyət və 1-i heç-heçə başa çatıb. 1986-cı ildə o, Avstraliyaya köçüb, vətəndaşlıq alıb və ölkə çempionu olub. Boksçu peşəkar rinqdə son döyüşünü 1999-cu ildə 49 yaşında keçirib.
Oxşar xəbərlər
100 ildən çox yaşayanların 1 ortaq cəhəti üzə çıxdı - Sən demə hamısında…
İmmunoloq professor Klaudio Françeşi tədqiq edib ki, uzunömürlülərə qalxanabənzər vəzinin xüsusi işi və cədvəl üzrə yemək kömək edir. BAKU.WS xarici KİV-ə istin...
