BMT TŞ: "Avropa üçlüyü" İrana qarşı sanksiyaların bərpası barədə xəbərdarlıq edib
Avqust ayında BMT Təhlükəsizlik Şurasında sədrlik edən Panama təsdiqləyib ki, Böyük Britaniya, Almaniya və Fransa Tehranın nüvə proqramı ilə bağlı danışıqların uğursuzluqla nəticələnməsindən sonra İrana qarşı sanksiyaların bərpası prosesini başladıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Panamanın BMT-dəki daimi nümayəndəliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında bildirib.
"Bəli, onlar "snapback" mexanizminin tətbiqi ilə bağlı rəsmi bildirişin əks olunduğu məktub göndəriblər", - o qeyd edib.
Xatırladaq ki, avqustun 27-də "Avropa üçlüyü"nün xarici işlər nazirləri ABŞ dövlət katibi Marko Rubionu İrana qarşı "snapback" mexanizminin tətbiq edilməsi qərarı barədə məlumatlandırıblar.
Oxşar xəbərlər
Mikayıl Cabbarov yenidən Azərbaycan Güləş Federasiyasının prezidenti seçildi
Azərbaycan Güləş Federasiyasının (AGF) Ümumi Yığıncağı keçirilib. BAKU.WS xəbər verir ki, tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib. Səsvermə...