Bir fincan qəhvənin beynə 15 dəqiqədə təsiri
Yeniliklərdən dərhal xəbərdar olun
Araşdırmalara görə, kofein beyinə cəmi 15 dəqiqə ərzində təsir etməyə başlayır. Bu təsir nəticəsində diqqət artır, yaddaş güclənir və reaksiyalar daha sürətli olur.
BAKU.WS xəbər verir ki, mütəxəssislər kofeinin bu qısa müddətli faydalarına baxmayaraq, həddindən artıq istifadənin sağlamlıq üçün riskli olduğunu bildirir. Gündə 3-4 fincandan çox qəhvə qəbul etmək yuxu pozğunluqlarına, əsəbilik və ürək döyüntülərinin artmasına səbəb ola bilər.
Kofein həmçinin müvəqqəti olaraq əhval-ruhiyyəni yaxşılaşdırır və enerji verir. Lakin təsiri keçdikdən sonra orqanizmdə enerji səviyyəsi sürətlə azalır, bu da yenidən yorğunluq hissinin yaranmasına gətirib çıxarır.
Mütəxəssislər kofeni ölçülü qəbul etməyi və günün ikinci yarısından sonra içməməyə çalışmağı məsləhət görür.
Oxşar xəbərlər
Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb
Alkoqol qəbulunu tamamilə dayandırmağa hazır olmayan insanlar üçün belə, içilən miqdarın azaldılması sağlamlığa müsbət təsir göstərə bilər. BAKU.WS xəbər verir...