Bəzi ərazilərə yağış və qar yağır - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, şimşək çaxır, dağlıq ərazilərdə qar yağır.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 13:00 olan məlumatında qeyd edilib.
Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şahbuz, Ordubad, Ağstafa, Kürdəmir, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Gəncə, Sədərək, Şərur, Naftalan, Goranboy, Ağdam, Mingəçevir, Sabirabad, İmişli, Quba, Qusar, İsmayıllı, Bərdə, Daşkəsən, Şəmkir, Göyçay, Şəki, Zaqatala, Balakən, Yevlax, Qəbələ, Oğuz, Ağsu, Xızı, Xaltan, Tərtərdə yağış, Xınalıq və Şahdağda isə qar yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevir, Goranboyda 23, Naftalanda 22, Bakıda və Abşeron yarımadasında, o cümlədən Tovuz, Ağdam, Kəlbəcər, Culfada 18, Sabirabad, Cəlilabad, Qobustanda 16, Şəkidə 15 m/s-dək güclənir.
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...