Beyonse ilk "Emmi" mükafatını qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur amerikalı müğənni Beyonse karyerasında ilk "Emmi" mükafatını alacaq.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press News" saytı məlumat yayıb.
Televiziya akademiyası 77-ci "Emmi" mükafatlarının ilk qaliblərini elan edib ki, onların arasında sənətçinin adı var. Beyonse Noulz-Karter 2024-cü ildə NFL oyununda "Beyonce Bowl" şousu üçün geyimlərinə görə mükafat alacaq. Müğənninin doğma Hyustonda Milad bayramında çıxışı "Netflix" platformasında mövcuddur.
Xüsusi "Emmi" mükafatı ifaçı üçün ilk olub. O, digər 10 kateqoriya üzrə də namizəd olub. Bu, onu EGOT mükafatına ("Emmi", "Qremmi", "Oskar" və "Toni") daha da yaxın edir. İndi o, "Toni" və "Oskar" qazanmalıdır. Mükafatlar sentyabrın 6-da və 7-də keçiriləcək mərasimdə təqdim olunacaq.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...