Beynin zədələnməsi cinayətə səbəb ola bilərmi?

Beynin zədələnməsi cinayətə səbəb ola bilərmi?
Digər 29

Amerikalı alimlər insan beyninin müəyyən nahiyələrinin zədələnməsinin aqressiv və cinayətkar davranışlara səbəb ola biləcəyini göstərən yeni bir araşdırma aparıblar.

BAKU.WS xəbər verir ki, tədqiqat Harvard Tibb Məktəbinin mütəxəssisləri tərəfindən həyata keçirilib.

Təcrübədə daha əvvəl heç bir hüquq pozuntusu etməyən, lakin beyin travması və ya şiş yarandıqdan sonra aqressivləşərək cinayət törədən 17 nəfərin halları araşdırılıb. Onların məlumatları sağlam insanlardan ibarət nəzarət qrupu ilə müqayisə edilib.

Nəticədə alimlər beynin "sağ uncinate fasciculus" adlanan ağ maddə sahəsində zədələnmə aşkar ediblər. Bu sahə emosiyalar və qərarvermə proseslərinə cavabdeh olan beyin nahiyələrini birləşdirir. Zədələnmənin həmin bölgədə olması aqressiv davranış və zorakı cinayətlər riskini artıra bilər.

Bununla belə, alimlər qeyd edirlər ki, bu nəticələr yalnız ehtimal xarakterlidir və məhkəmələrdə sübut kimi istifadə oluna bilməz. Bu sahədə daha geniş və dərin araşdırmalara ehtiyac var.

Qeyd edək ki, beyin quruluşu ilə cinayətkarlıq arasındakı əlaqə XIX əsrdə İtalyan psixiatr Çezare Lombrozo tərəfindən də araşdırılmış, lakin elmi əsaslarla sübut oluna bilməmişdi.

Son xəbərlər