Bəşər Əsəd son ana qədər bu evdə qalıb - İLK GÖRÜNTÜLƏR
Suriyanın devrilmiş lideri Əsədin ailəsi ilə birlikdə yaşadığı dəbdəbəli ev görüntülənib.
BAKU.WS xəbər verir ki, devrilmiş liderin qaçana qədər yaşadığı evin ətrafına səpələnmiş çoxlu fotoşəkillər tapılıb.
Dİktatorun əleyhdarları evin ətrafında geniş təhlükəsizlik tədbirləri görüb. Heç kimin evə yaxınlaşmasına imkan verilmir. Əsəd və ailəsi Dəməşqdən qaçana qədər bu evdə yaşayıb.
Əsədin qonaqlarını qəbul etdiyi Dəməşq Qəbul Salonu da görüntülənib. Əsədin iqamətgahı ilə üzbəüz yerləşən və ölkəyə səfər edən dövlət başçılarının qəbul edildiyi Dəməşq Qəbul Zalı da mühafizə altına alınıb.
"ZALIM DİKTATORDAN QURTARDIK"
Evin yanında olan Abdullah Eslem bunları bildirib:
"İnqilabçılarımıza təşəkkür edirik ki, bizi əlli il hakimiyyətdə olan zalım bir diktatordan xilas etdi. Bu zalım və amansız diktator xalqımızı zülm, ölüm, sürgün və işgəncələrlə dolu bir dövrə məruz qoydu. Çox insan həyatını itirdi. Biz zalım diktatordan xilas olduq. Ailəmizə, torpağımıza qovuşmağımıza kömək oldular. Allah onları qorusun".
Qalereya
Oxşar xəbərlər
Bu bürclərin Yeni ildən maaşları artacaq, bəxtləri gətirəcək
2026-cı ilin gəlişi bəzi bürclər üçün təkcə xoş emosiyalar və yeni ümidlər deyil, həm də maddi rifahın artması demək olacaq. Ulduzlar göstərir ki, bu bürcləri...