Beş nəfərin sonunu gətirən 8 rəqəmi - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə təəssüf doğursa da, onların ölüm tarixinin hər ayın 8-i olması bu faciəni daha da hüznlü edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ilk olaraq 2024-cü ilin avqust ayının 8-də ailə ilk itki ilə qarşılaşıb. 2022-cü il təvəllüdlü G.İsmayılzadə qıcolma səbəbindən həyatını itirib.
Ardınca həmin ilin sentyabr ayının 8-də 1965-ci il təvəllüdlü Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova üzüm yığarkən hasar aşıb və onlar daşın altında qalaraq ölüblər.
Bundan sonra ailənin digər nəvəsi, 2024-cü il təvəllüdlü N.İsmaylıova bu il iyun ayının 8-də valideynləri tərəfindən ağır vəziyyətdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı azyaşlının öldüyü məlum olub. Körpənin ölüm səbəbi məlum deyil.
Bu gün isə, yəni iyul ayının 8-də sözügedən azyaşlıların anası Şəhanə İsmayılova pilləkəndən yıxılaraq dünyasını dəyişib.
Təəssüf ki, bu 5 nəfər - fərqli aylarda olsa da, ayın 8-i günü dünyasını dəyişib.
Oxşar xəbərlər
İdmanda böyük uğur qazanmaq istedadı olan bürclər
İdmanda böyük uğur qazanmaq potensialı və fitri istedad bəzi bürclərdə daha çox müşahidə olunur. Bu bürclər güclü fiziki enerji, rəqabətçilik ruhu, dözümlülük v...
