Balıq yağı və hansı qida əlavələri soyuducuda saxlanmalıdır?

Qida əlavələrinin düzgün saxlanması onların təsiri və faydalılığı üçün çox vacibdir. Mütəxəssislər bildirirlər ki, istilik, rütubət və hava ilə təmas bəzi əlavələrin keyfiyyətinə mənfi təsir edə bilər.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, əlavələri alarkən ilk növbədə qablaşdırma üzərindəki təlimatlara diqqət etmək lazımdır. Amma bəzi qida əlavələri var ki, mütəxəssislərin tövsiyəsinə görə soyuducuda saxlanmalıdır:
Balıq yağı – Tərkibindəki omega-3 yağ turşuları istiyə, işığa və havaya həssasdır. Bu amillər balıq yağının keyfiyyətini azaldır, onun dad və qoxusunu dəyişir. Buna görə də soyuducuda saxlanması tövsiyə olunur.
Probiyotiklər – Bağırsaq sağlamlığı üçün faydalı bakteriyalar ehtiva edir. Ancaq bu bakteriyalar istiliyə çox həssasdır və yüksək temperaturda ölə bilər. Bəzi probiyotiklər soyuducuda saxlanmalıdır, dəqiq məlumat üçün qablaşdırmadakı yazılara baxmaq lazımdır.
Maye dəmir əlavələri – Dəmir havada oksigenlə təmasda olduqda təsirini itirə bilər. Soyuq mühitdə isə bu proses yavaşlayır.
Kətan yağı əlavələri – Bu yağ da omega-3 ilə zəngindir və istiyə, işığa qarşı çox həssasdır. Soyuducuda saxlanmalıdır.
C vitamini – İstilik və işıq bu vitamini tez parçalaya bilər. Bu səbəbdən C vitamini əlavələri sərin və qaranlıq yerdə saxlanmalıdır.
Mütəxəssislər qeyd edirlər ki, bu əlavələrin təsirli qalması üçün düzgün saxlanma qaydalarına əməl etmək çox önəmlidir.
Oxşar xəbərlər
İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq - AYLIQ PROQNOZ
Bu ilin iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə BAKU.WS-ə Milli Hi...
