"Baku TV" Həsənriz kəndində Salahovlar ailəsinin qonağı oldu
Baku TV doğma torpaqlarına - Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan Salahovlar ailəsinin qonağı olub.
Ailəsi ilə birlikdə ötən ilin aprel ayından burada məskunlaşdıqlarını deyən sakin Məhəbbət Salahov kənddə təsərrüfat və heyvandarlıqla məşğul olduğunu bildirir:
"Torpaqları şumlayır, kartof əkirəm. 150 baş qoyun və 10 baş mal saxlayıram, gələcəkdə təsərrüfatımı daha da inkişaf etdirmək istəyirəm".
Ailənin kiçik üzvü Yağmur Salahova isə uşaqlıq arzusunun reallaşdığını deyir:
"Balaca olanda ailəm mənə tez-tez Qarabağdan danışardı, deyirdilər ki, bir gün oraya qayıdacağıq. Xəyalımda Qarabağı canlandırırdım, oranı görmək, gəzmək istəyirdim. İndi atamın doğma yurdunda yaşayırıq, burada təhsil alıram. Gözəl evimiz, yaxşı sinif yoldaşlarım var".
Oxşar xəbərlər
Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var"
Baku TV-nin "Amin" verilişinin yeni buraxılışının qonağı müğənni Amina Şirinqızı olub. O, Qurban bayramı və dini baxışları ilə bağlı fikirlərini bölüşüb. Müğənn...