Bakıda polisin tapdığı 10 min manatın sahibi BƏLLİ OLDU

Bakıda polisin tapdığı 10 min manatın sahibi BƏLLİ OLDU
Foto
Digər 118

Bir neçə gün öncə Bakının Səbail rayonunda yerləşən Bakı İdman Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10 min manat pul tapıb sahibinə qaytarmışdılar.

BAKU.WS Prosport.az-a istinadən xəbər verir ki, həmin pul millimizin sabiq basketbolçusu, "Quba" komandasının oynayan məşqçisi Zaur Paşayevə məxsus imiş.

"Bildiyiniz kimi, Basketbol Federasiyasının ofisi Bakı İdman Sarayında yerləşir. Mühasib "Quba" komandasının əməkhaqqısını vermişdi. Mən də pilləkəndən enəndə, cibimdən 10 min manat düşmüşdü. Sağ olsun ki, polis işçiləri itirən şəxsi axtardı. Mən də oyunun başlanmasını gözləyirdim. Birdən mühasib dedi ki, onun verdiyi pulu itirməmişəm? Əlimi cibimə atdım ki, yoxdur. Dedi ki, polis artıq pulu tapıb, sənədləri gəl götür məndən, təqdim et ki, sənin pulundur. Belə oldu, pulu özümüzə qaytardılar. Allah belə polislərimizdən razı olsun (yeri gəlmişkən, federasiya rəhbərliyi həmin polisə təşəkkürnamə təqdim edəcək - red.)".

Əldə etdiyimiz məlumata görə, artıq elm və təhsil naziri, Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev 10 min manatı taparaq sahibinə verən polis serjantı Nahid Zahid oğlu Abidovu mükafatlandırıb. Polis əməkdaşına fəxri diplomu icraçı vitse-prezidenti Fərrux Mahmudov təqdim edib.

Qeyd edək ki, pulun tapılması ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev "Facebook" hesabında paylaşım etmişdi. Bu paylaşımdan dəqiqələr sonra pul sahibini tapmışdı.

Oxşar xəbərlər

Radikal dəyişikliklər astanasında olan BÜRCLƏR

Radikal dəyişikliklər astanasında olan BÜRCLƏR

Astroloqlar hazırda hansı bürclərin əlamətdar dəyişikliklər astanasında olduğunu açıqlayıblar. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, onlar tamamilə yeni...

92 Digər 23:59 22 yanvar 2025

Son xəbərlər