Bağırsaq xərçənginin altı əlaməti açıqlanıb
Koloproktoloq-cərrah Ceyms Kinros bağırsaq xərçəngini vaxtında aşkar etməyə kömək edən altı əsas əlamət barədə danışıb.
BAKU.WS xəbər verir ki, həkimin sözlərini "Daily Mirror" nəşri yayıb.
Kinrosun fikrincə, erkən simptomları qaçırmamaq üçün ilk növbədə nəcis ifrazında baş verən istənilən dəyişikliklərə diqqət yetirmək lazımdır.
O bildirib ki, hər bir insanın bağırsaq fəaliyyəti fərqlidir və bunu ən yaxşı həmin şəxs özü bilir. Buna görə də həkim defekasiya tezliyini, nəcisin konsistensiyasını, formasını və rəngini izləməyi tövsiyə edib. Onun sözlərinə görə, dəyişikliklər stress və ya qidalanma ilə bağlı ola bilər, lakin uzun müddət davam edərsə, mütləq müayinədən keçmək lazımdır.
Cərrah ikinci ciddi xəbərdarlıq əlaməti kimi nəcisdə qanın görünməsini göstərib. Bu simptom müşahidə olunarsa, dərhal həkimə müraciət etmək tövsiyə edilir.
Bundan əlavə, aşağıdakı hallar da diqqətdən kənarda qalmamalıdır:
davamlı qarın ağrısı,
keçməyən yorğunluq,
səbəbsiz çəki itkisi,
bədəndə bərkimə və ya şişkinliklərin yaranması.
Oxşar xəbərlər
Sağlam həyat üçün yaz içkiləri: Mütəxəssislər nələri tövsiyə edir?
May ayında ən sağlam içkilər isti havalarda orqanizmin su balansını qorumaq və enerjini sabit saxlamaq üçün xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər yaz aylarınd...