Bağçada tərbiyəçi işləmək istəyənlərin NƏZƏRİNƏ!
Bu il tərbiyəçi müəllimlər üçün ümumilikdə 320 vakant yer ayrılıb.
BAKU.WS xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.
O bildirib ki, ilk dəfə olaraq 2022-2023-cü illərdə tərbiyəçi müəllimlərin müsabiqəsi keçirilib. İki müsabiqə nəticəsində ümumilikdə 850 tərbiyəşi müəllim işə başlayıb.
"Biz bu il avqustun 22-də tərbiyəçi müəllimlərin növbəti müsaniqəsini keçirəcəyik. Artıq şəxsi kabinetlər açılıb. Tərbiyəçi müəllim müsabiqəsində çərçivə sənədi hazırlanıb. Burada suallar qeyd olunub. Çərçivə sənədi ilə həm Təhsil İnstitutunun, həm də MÜTDA-nın saytlarında tanış ola bilərsiz. Bu il tərbiyəçi müəllimlər üçün ümumilikdə 320 vakant yer ayrılıb", deyə agentlik rəsmisi vurğulayıb.
Banu Hüseynli
Oxşar xəbərlər
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Arkadağ şəhərinin Göroğlu adına Dövlət Atçılıq Sirkində Türkmənistan Prezidentinin Ahal-tə...