Azərbaycanın qadın FIFA referisi UEFA-dan təyinat alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.
BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, o, 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupunda keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.
F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan - Albaniya, 23-də Albaniya - İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya - Albaniya görüşünün ehtiyat hakimi olacaq.
Digər referi Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşmalar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb
Alkoqol qəbulunu tamamilə dayandırmağa hazır olmayan insanlar üçün belə, içilən miqdarın azaldılması sağlamlığa müsbət təsir göstərə bilər. BAKU.WS xəbər verir...