Azərbaycanın ilk moda muzeyində göz oxşayan, fərqli nümunələr
Bakıda fəaliyyət göstərən Moda Muzeyi 2026-cı ilin fevral ayından qapılarını ziyarətçilərin üzünə açıb.
BAKU.WS PhotoStock.az-a istinadən xəbər verir ki, Azərbaycanın ilk moda muzeyi hesab olunan bu məkanda ümumilikdə 67 eksponat sərgilənir.
Burada nümayiş olunan geyimlər mürəkkəb parça növləri, xəz, həqiqi dəri və zərgərlik aksesuarları ilə hazırlanıb, incə əl işləri ilə tamamlanıb. Xüsusi tikmə, muncuq işləmələri və dekorativ bəzək üsulları hər bir nümunəyə fərqli gözəllik qatır.
Muzeydə təqdim olunan hər geyimin özünəməxsus tarixi və hekayəsi var.
Kolleksiyada milli motivlər, ənənəvi ornamentlər və Azərbaycan mədəniyyətinin izləri müasir dizayn yanaşması ilə bir araya gətirilib.
Bu məkan dəb, moda və dizayn sənətinə maraq göstərənlər üçün fərqli ziyarət ünvanıdır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu
Rusiyanın "Səs" ("Qolos") vokal layihəsinin 14-cü mövsümü başa çatıb və azərbaycanlı vokal müğənnisi Elmira Qaraxanova finalda qalib gəlib. BAKU.WS Oxu.Az-a ist...