Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin tam rəqəmsallaşdırılması və "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında başa çatdırılacaq.
BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nda öz əksini tapıb.
Sənədə əsasən, dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 %-nin (maliyyə, insan resursları, satınalma) təhlili, müəssisə resurslarının planlaşdırılması (MRP) və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiq edilməsi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...