Azərbaycanda həbsdə olan erməniəsilli terrorçunun aclıq etməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil

Azərbaycanda həbsdə olan erməniəsilli terrorçunun aclıq etməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil
Digər 31

Erməni KİV-də Azərbaycanda həbsdə olan, Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekciyan Viken Abrahamın aclıq etdiyi ilə bağlı məlumatlar yayılıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu məlumat həqiqətə uyğun deyil və məhkumun hazırda cəzasını çəkdiyi bildirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxs 2020-ci ildə Vətən Müharibəsindən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

DTX-də başlanılmış cinayət işi üzrə Viken Eulcekcian Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 214.2.3-cü (Terrorçuluq), 228.2.1-ci (Qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki o cəzasının ilk 5 ilini həbsxanada, qalan 15 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir.

Son xəbərlər