Azərbaycanda ən bahalı ixtisaslar: İllik 9000 AZN

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı açıqlanıb.
Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bakalavr təhsil səviyyəsi üzrə ixtisasların illik təhsil xərclərində ən yüksək məbləğ 9 min manat müəyyənləşib.
"Dirijorluq", "Bəstəkarlıq", "Vokal sənəti", "İnstrumental ifaçılıq" ixtisasının illik xərci 9 min manat, "Tibb", "Müalicə işi", "Hərbi tibb", "Hərbi həkim işi"nin illik xərci 8 min manat , "Qrafika", "Stomatologiya", "Dekorativ-tətbiqi sənət" (sahələr üzrə), "Heykəltəraşlıq", "Rəngkarlıq" ixtisasının illik xərci 7 min manat , "Tibb bacısı işi", "Tibb bacısı (qardaşı) işi", "Fizioterapiya və tibbi reabilitasiya", "Əczaçılıq" ixtisasının illik xərci 6 min manat təşkil edir.
İllik xərcin ən aşağı məbləği isə 2100 manatdır.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib. Qərara əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyən edilib.
Qeyd edilib ki, ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
Ətraflı siyahı ilə burdan tanış ola bilərsiniz.

Oxşar xəbərlər
Ən güclü enerjiyə malik 2 Bürc
Astroloqlar, müşahidələrinə görə, ən güclüenerjiyə malik olan iki bürc işarəsi müəyyən ediblər. Ulduz dairəsinin bu nümayəndələri xüsusi xarakter xüsusiyyətləri...