Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu

Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Foto
Digər 28

Ağcabədi rayonunun Yuxarı Qiyamədinli kəndindən olan bir ailədə bu il tələbə sevinci üçqat yaşanıb.

BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, ana və iki övladı eyni vaxtda ali məktəbə qəbul olunublar.

39 yaşlı Ülkər Mirzəyeva Sumqayıt Dövlət Universitetinin sosial iş ixtisasında təhsil alacaq. Onun övladları Məryəm və Mövlud da qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanıblar.

Qızı Məryəm Mirzəyeva 653 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Oğlu Mövlud Mirzəyev isə 570 bal toplayıb və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə fakültəsində təhsil alacaq.

Beləliklə, bir ailənin üç üzvü - ana, qız və oğul bu ildən etibarən ali təhsil yoluna birlikdə çıxacaqlar.

Məryəm və Mövlud atalarının işi ilə əlaqədar Sabirabad rayonunun Poladlı kənd orta məktəbində təhsil alıblar. Bu ildən isə həmin ailədən üç tələbə üç fərqli universitetdə təhsil alacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər