Azərbaycanda 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təlim-müzakirə sessiyası zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə şagirdlərin 82 faizi genişzolaqlı internet bağlantısı ilə əhatə edilib:
"Azərbaycanda 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub. 2020-ci ildə bu göstərici 171 məktəb təşkil edib. 2026-cı ildə məktəblərə ümumilikdə 236 min 295 kompüterin verilməsi nəzərdə tutulur".
O əlavə edib ki, rəqəmsallaşmanın əsas məqsədi şagirdlər üçün bərabər təhsil və öyrənmə imkanlarının yaradılmasıdır:
"Rəqəmsallaşma, ilk növbədə, şagirdlər üçün bərabər öyrənmə imkanları yaratmalıdır. Bəzən elə düşünülür ki, interneti olmayan məktəblər var. Əslində, internet bağlantısı olmayan məktəbimiz yoxdur. Lakin məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub".
Oxşar xəbərlər
İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb
"Azərbaycanla İran arasında korrupsiya və cinayətkarlıqla bağlı ikitərəfli əlaqələrimiz də davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur". BAK...