Azərbaycana PAYIZ GƏLDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, bu tarixdə gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə çıxıb, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır.
Azərbaycanda payız fəslinin müddəti 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək
Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) növbəti Qlobal Forumuna ev sahibliyi edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarl...