Azərbaycan və Pakistan süni intellekt sahəsində əməkdaşlığı müzakirə ediblər
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və Pəncab əyalətinin baş nazirinin müşaviri Əli Dar süni intellekt və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Süni İntellekt və Xüsusi Təşəbbüslər Ofisi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Xəzər Fərhadov Süni İntellekt və Xüsusi Təşəbbüslər Ofisini ziyarət edib və Pəncab əyalətinin baş nazirinin müşaviri Əli Dar ilə görüşüb. Süni intellekt və əsas sahələrdə, o cümlədən Pakistan və Azərbaycan arasında işgüzar və investisiya əlaqələrinin potensial mərkəzi kimi nəzərdən keçirilən "CBD Punjab" (Pəncab Mərkəzi İşgüzar Rayonu - red.) da daxil olmaqla əməkdaşlıq imkanları müzakirə olunub", - məlumatda bildirilib.
Xüsusi olaraq qeyd edilib ki, Lahor və Naxçıvan şəhərləri arasındakı qardaşlaşma münasibətləri iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsi üçün əsas kimi nəzərdən keçirilir.
Tərəflər, həmçinin 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunu (WUF13) müzakirə ediblər.
Oxşar xəbərlər
Bu tarixlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə...