Azərbaycan və Özbəkistan innovativ maliyyə ekosisteminin formalaşdırılmasını müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Özbəkistan arasında innovativ maliyyə ekosisteminin formalaşdırılması və maliyyə texnologiyalarının inkişafı üzrə mövcud yanaşmalar və gələcək perspektivlər, eləcə də bu sahədə ixtisaslaşmış təşkilatlar üçün maliyyələşmə mənbələrinə əlçatanlığın atırılması kimi aktual məsələlər müzakirə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov Özbəkistana işgüzar səfər çərçivəsində bu ölkənin Mərkəzi Bank sədrinin I müavini Nodirbek Saydullayev ilə görüşüb.
Görüşdə həmçinin institusional əməkdaşlıq imkanlarının dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...