Azərbaycan Ukraynaya humanitar yardım olaraq beş avtobus göndərib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ukraynaya humanitar yardım çərçivəsində 5 sərnişin avtobusu təqdim edib.
Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiga "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, bu avtobuslar Ukrayna icmalarının ehtiyacları üçün nəzərdə tutulub. Nazir qeyd edib ki, 2022-ci ildən etibarən Azərbaycan Ukraynaya 45 milyon dollardan çox həcmdə humanitar yardım göstərib.
Bu yardımlar arasında generatorlar, transformatorlar və enerji sisteminin fəaliyyətini təmin edən digər avadanlıqlar yer alıb. Həmçinin 500-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya proqramlarında iştirak edib.
Sibiga Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirərək, bunun Ukraynanın möhkəmlənməsinə və inkişafına töhfə verdiyini vurğulayıb.
Qalereya
Oxşar xəbərlər
Kredit borcuna görə zaminin avtomobillərinə qadağa qoyula bilərmi?
Şirvan Kommersiya Məhkəməsində kredit öhdəliyinin pozulması ilə əlaqədar zaminə məxsus əmlakın özgəninkiləşdirilməsinin qadağan olunmasına dair müvəqqəti təmina...