Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI
Foto
Digər 159

Dünyanın bəzi ölkələrində adi restoranlarla yanaşı fərqli və təəccübə səbəb olab restoranlar da var. Bunlar sadəcə yeməkləri ilə deyil həm də konseptləri, yerləşdikləri məkanlara və təqdim etdikləri menyulara əsasən xeyli fərqlənirlər.

BAKU.WS xarici KİV-ə istinadən dünyanın ən qəribə restoranlarından bəzilərini təqdim edir:

İslandiyada yerləşən "The Volcano House" restoranı

Burada yeməklər aktiv vulkanın istisi ilə bişirilir. Restoranın mətbəxində ocaqlar əvəzinə yerin 100 dərəcədən çox olan təbii vulkan istisindən istifadə olunur.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

Kanada, Avstraliya və Fransa kimi ölkələrdə fəaliyyət göstərən "O.NOIR" restoranı

Burada müştərilərə yemək tam qaranlıqda təqdim edilir. Qonaqlar heç nə görmədən yemək yeyirlər və onlara kor ofisiantlar xidmət edir. Bunu etməkdə məqsəd digər hisslərin (dad, qoxu, toxunma) güclənməsidir.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

ABŞ-dəki "The Airplane" restoranı

Burada müştərilərə 1953-cü ilə aid təyyarənin içində xidmət göstərilir. "Colorado Springs"də yerləşən bu restoranda yeməklər köhnə "Boeing KC-97" təyyarəsində təqdim olunur.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

Tayvanda fəaliyyət göstərən "Modern Toilet" restoranı

Bura ayaqtolu konseptli bir restorandər. Oturacaqlar unitaz şəklində, yeməklər isə mini vanna və unitazlarda təqdim olunur. Bu restoran həqiqətən də qeyri-adidir.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

Finlandiyadakı "Ice" restoranı

Bu restoran tamamilə buzdan ibarətdir. Divarlar, stollar, stullar - hamısı buzdan düzəldilib. İçəridə temperatur təxmini -5°C olur.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

Maldiv adalarında yerləşən "Ithaa Undersea" restoranı

Bu restoran okeanın altında 5 metr dərinlikdə yerləşir. Şüşə tavan və divarlar vasitəsilə müştərilərə 180 dərəcəlik sualtı mənzərədə yemək yemək imkanı təqdim edir.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

İspaniyanın Lanzarote adasında yerləşən "El Diablo" restoranı

Bu restoran vulkanın üzərində inşa edilib. Yeməklər birbaşa vulkan istisində bişirilir.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

Latviyadakı "Hospitalis" restoranı

Bu restoran xəstəxana konseptlidir. Müştərilərə tibb bacısı geyimli ofisiantlar xidmət edilir, yeməklər isə cərrahiyyə alətlərinə bənzər qablarda təqdim olunur.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

Almaniya, Avstriya kimi ölkələrdə fəaliyyət göstərən "Rollercoaster" restoranı

Burada yeməklər ofisiantsız, relsli sistemlə masaya gəlir. Sifariş etdiyiniz yemək mətbəxdən rels vasitəsilə masaya nıza çatır. Masa tam avtomatlaşdırılmış sistemlə işləyir.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

Filippində yerləşən "The Labassin Waterfall" restoranı

Burada müştərilə şəlalənin ətəyində, axan suyun içində yemək yeyir. Bəzi müştərilər isə sadəcə ayaqlarını suya salaraq tropik təbiət fonunda yemək yeyirlər.

Ayaqyolu, xəstəxana konseptli RESTORANLAR - SİYAHI

Oxşar xəbərlər

Son xəbərlər