Avropada içməli su ehtiyatları tükənir - Alimlərdən XƏBƏRDARLIQ
Avropanın su ehtiyatları qlobal istiləşmə səbəbindən tükənir, bu da ciddi və uzunmüddətli nəticələrə səbəb ola bilər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə London Universitet Kollecinin (UCL) alimlərinin tədqiqat nəticələrinə əsasən məlumat yayılıb.
"Avropanın nəhəng su ehtiyatları quruyur. 20 illik peyk məlumatlarına əsaslanan yeni təhlil göstərir ki, içməli su ehtiyatları Cənubi və Mərkəzi Avropanın hər yerində - İspaniya və İtaliyadan Polşaya və Böyük Britaniyanın bir hissəsinə qədər azalır", - deyə mütəxəssislər bildiriblər.
Qeyd olunur ki, hazırda Avropada güclü disbalans müşahidə olunur. Şimaldakı ərazilər getdikcə daha rütubətli olur, cənubdakı böyük ərazilər isə, o cümlədən İspaniya, İtaliya, Fransa, İsveçrə, Almaniya, Rumıniya və Ukrayna hissələri isə quruyur.
Oxşar xəbərlər
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq rəisi, polkovnik Vaqif Əsədov 22 İyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri...