Astiqmatizm nədir?
Yeniliklərdən dərhal xəbərdar olun
Astiqmatizm gözün şəffaf təbəqəsi olan buynuz qişanın (kornea) və ya göz linzasının qeyri-normal forma alması nəticəsində yaranan bir göz qüsurudur.
BAKU.WS foodinfo.az-a istinadən xəbər verir ki, normalda buynuz qişa və linza mükəmməl sferik forma malik olmalıdır, lakin astiqmatizm zamanı bu forma qeyri-bərabər olur.
Bu da işığın gözün tor qişasında düzgün fokuslanmamasına səbəb olur, nəticədə görmə bulanıq və ya təhrifli olur.
Astiqmatizm həm yaxını, həm də uzağı görməyə təsir edə bilər və tez-tez miyopiya (yaxıngörmə) və hipermetropiya (uzaqgörmə) ilə birlikdə müşahidə olunur. Adətən eynək, kontakt linza və ya lazer əməliyyatı ilə müalicə olunur.
Oxşar xəbərlər
Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək
Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) növbəti Qlobal Forumuna ev sahibliyi edəcək. BAKU.WS xəbər verir ki, bu barədə Dini Qurumlarl...