Artan istilər psixi sağlamlıq böhranına səbəb ola bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyada aparılan yeni tədqiqat göstərib ki, iqlim dəyişikliyi nəticəsində artan istilər təkcə fiziki deyil, psixi sağlamlıq üçün də ciddi təhlükə yaradır.
BAKU.WS trt haber-ə istiandən xəbər verir ki, 2003–2018-ci illərə aid məlumatlar əsasında aparılan araşdırmaya görə, isti hava dalğaları zamanı narahatlıq, depressiya, bipolar pozuntu və maddə asılılığı kimi ruhi problemlərlə əlaqədar xəstəxanaya müraciətlər əhəmiyyətli dərəcədə artır.
Tədqiqatçılar bildirirlər ki, əgər iqlim dəyişikliyinə qarşı tədbir görülməzsə, bu cür pozuntuların yayılması 2050-ci ilə qədər 49 faiz artacaq. Ən böyük risk qrupu isə gənclərdir. Çünki onlar isti havaya daha çox məruz qalır və qorunmasızdırlar.
Alimlər psixi sağlamlıq sahəsində çalışanları və ictimaiyyəti bu dəyişikliklərə qarşı daha hazırlıqlı olmağa çağırırlar. Araşdırma "Nature Climate Change" jurnalında dərc olunub.
Oxşar xəbərlər
İran səfiri Azərbaycanla cinayətkarlığa qarşı birgə mübarizədən danışıb
"Azərbaycanla İran arasında korrupsiya və cinayətkarlıqla bağlı ikitərəfli əlaqələrimiz də davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur". BAK...