Apple-dan YENİLİK!
Apple ilk qatlanan iPhone-u 2026-cı ildən sonra təqdim edəcək.
BAKU.WS ferra.ru-ya istinadən Apple şirkəti ilk qatlanan iPhone modeli üzərində iş aparır. Analitiklərin məlumatına görə, cihaz 2026-cı ildən tez olmayaraq, iPhone 17 seriyasından sonra təqdim ediləcək.
Yeni iPhone modeli içəriyə qatlanan çevik ekrana sahib olacaq və bu ekranın ölçüsü iPhone 16 Pro Max modelinin ekranını üstələyəcək. Şirkət indiyədək cihazın təqdimatını keyfiyyət və mexanizmlərin davamlılığı ilə bağlı tələblərə görə gecikdirirdi. Yüksək standartlara uyğun çevik ekran və təkmilləşdirilmiş menteşe sisteminin hazırlanması əsas prioritet olub.
Hazırda qatlanan smartfonlar bazarın cəmi 2%-ni təşkil etsə də, Apple bu vəziyyəti dəyişməyi hədəfləyir. Şirkət satışların zəifləməsi və son modellərdə minimal yeniliklərin olması səbəbindən yeni aparat həllərinə üstünlük verir.
Qeyd edək ki, Apple bu il ilk dəfə olaraq Vision Pro cihazını təqdim etmişdi. Lakin satışların gözlənilən səviyyədə olmaması şirkəti yeni innovativ həllər axtarmağa sövq edib.
Oxşar xəbərlər
Azərbaycandakı məscidlərdə 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir
Hazırda ölkə ərazisindəki 1000-dən çox İslam dininə aid ibadət yerində 1500 nəfərə yaxın din xadimi fəaliyyət göstərir. BAKU.WS xəbər verir ki, bu barədə report...