Anar Quliyev UN-Habitat-ın sabiq direktoru ilə görüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT Məskunlaşma Proqramının (UN-Habitat) sabiq icraçı direktoru xanım Maimunah Mohd Şərif ilə görüşüb.
Görüş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində baş tutub və A. Quliyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Onun rəhbərlik etdiyi dövr Azərbaycan ilə BMT-Habitat arasında əməkdaşlığın formalaşmağa başladığı və gələcək strateji tərəfdaşlığın təməlinin qoyulduğu xüsusi mərhələ olub", - A. Quliyev qeyd edib.
Səmimi söhbət zamanı əməkdaşlığın ilk illərini xatırlanıb: "Məhz həmin dövrdə əsası qoyulan qarşılıqlı etimad və ortaq baxış sonradan Bakının Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyinə aparan yolun formalaşmasında mühüm rol oynayıb".
Qeyd edək ki, UN-Habitat-ın hazırkı direktoru Anaklaudia Rossbaxdır.
Oxşar xəbərlər
İlon Mask: Ukrayna "Starlink"dən istifadə qaydalarını pozub
Ukrayna hərbçiləri "Starlink" peyk rabitə sisteminin istifadə şərtlərini pozub və ondan insanları öldürməyə yönəlmiş dron hücumlarını həyata keçirmək üçün istif...