Alimlər yaşlılarda yuxunu yaxşılaşdırmağın sadə yolunu tapıblar

Alimlər yaşlılarda yuxunu yaxşılaşdırmağın sadə yolunu tapıblar
Digər 22

Qapalı məkanlarda parlaq işıqlandırmanın artırılması yaşlı insanların yuxusunu yaxşılaşdıra, gündüz aktivliyini artıra və bioloji ritmlərin normal fəaliyyətini dəstəkləyə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "Journal of Pineal Research" jurnalında dərc olunan araşdırmada qeyd olunub.

Tədqiqatda yaşı 63-92 arasında olan 200-dən çox insan iştirak edib. İki həftəlik müşahidədən sonra iştirakçıların bir hissəsinə işıq terapiyası üçün xüsusi lampalar verilib. Onlardan lampalardan səhər oyandıqdan sonra bir saat ərzində istifadə etmələri və yatmazdan ən azı dörd saat əvvəl söndürmələri istənilib.

İştirakçıların otaqdakı işıq səviyyəsi, fiziki aktivliyi və istirahət rejimi xüsusi sensorlar vasitəsilə izlənilib.

Nəticələr göstərib ki, səhərlər daha erkən saatlarda parlaq işıq alan insanlar gün ərzində daha aktiv olublar və yuxu-oyanıqlıq rejimləri daha sabit olub.

Bundan əlavə, təbii işığa daha çox məruz qalan iştirakçıların gün ərzində fiziki aktivliyinin yüksək olduğu, istirahət rejimində daha az pozuntu yaşadıqları və yuxularının keyfiyyətini daha yaxşı qiymətləndirdikləri müəyyənləşib.

Alimlər hesab edirlər ki, əlavə işıqlandırma xüsusilə açıq havaya az çıxan və təbii işıq çatışmazlığı yaşayan yaşlı insanlar üçün sağlamlığın dəstəklənməsində sadə və əlçatan, dərmansız üsul ola bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər