Alimlər xərçəngin qarşısını alan ən yaxşı məhsulu açıqladı - Marketlərdə "su qiymətinə" satılır

Alimlər aşkar ediblər ki, hər hansı bir supermarket rəfindən alınan məhsul xərçəngin qarşısının alınmasında güclü müttəfiq ola bilər. Söhbət xərçəng əleyhinə unikal komponentləri ehtiva edən brokkolidən gedir.
BAKU.WS "News.ru"ya istinadən xəbər verir ki, əsas sirr brokolini düzgün bişirməkdir.
Məlumata görə, brokolini üç-dörd dəqiqə yüngülcə buxara vermək kifayətdir, beləliklə maksimum fayda qorunur. Salatlara, şorbalara əlavə edilə bilər və ya sadəcə garnitür kimi yeyilə bilər. Qoruyucu effekt əldə etmək üçün həftədə bir neçə dəfə 200 qram istehlak etmək kifayətdir.
Araşdırmalar göstərir ki, brokoli həvəskarlarının bəzi xərçənglərə tutulma riski 20-40% aşağıdır. Xüsusilə döş, kolon və prostat xərçənginin qarşısının alınması üçün faydalıdır.
Mütəxəssislərin fikrincə sarı ləkələr olmayan təzə, yaşıl brokoli ən çox qida ehtiva edən bitkilərdəndir.
Oxşar xəbərlər
Dünya sirlərinə sahib olan yeganə bürc
Dünyanın hər yerindən astroloqlar və ezoteriklər sensasiyalı kəşfi müzakirə edirlər: alimlər və mistiklər Əqrəb bürcündə insan həyatının sirlərini açmaq üçün aç...
