Alimlər ən faydalı ekzotik meyvənin adını açıqlayıblar

Alimlər ən faydalı ekzotik meyvənin adını açıqlayıblar
Foto
Digər 0

Alimlər müəyyən ediblər ki, ekzotik baru meyvəsi ürək, bağırsaq və maddələr mübadiləsi üçün faydalı ola bilər.

BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri "Food & Function" jurnalında dərc olunub.

Matu-Qrosu və Bahia Federal Universitetlərinin (UFBA) alimləri tərəfindən aparılan araşdırmada Braziliyada yetişən baru meyvəsinin müxtəlif hissələrinin kimyəvi tərkibi öyrənilib.

Tədqiqatçılar müəyyən ediblər ki, meyvənin lətində karbohidrat və həll olmayan lif, çəyirdəyində isə ürək-damar sistemi üçün faydalı hesab olunan zülallar, olein və linol turşuları yüksək miqdardadır.

Alimlər ən faydalı ekzotik meyvənin adını açıqlayıblar

Meyvənin tərkibində həmçinin antioksidant xüsusiyyətlərə malik bitki mənşəli birləşmələr – flavonoidlər aşkarlanıb.

Alimlərin fikrincə, baru bağırsaqdakı faydalı bakteriyaların inkişafını dəstəkləyə, lipid mübadiləsinin göstəricilərini yaxşılaşdıra, oksidləşdirici prosesləri azalda və ürək-damar sistemini qoruya bilər.

Bununla belə, tədqiqat müəllifləri qeyd ediblər ki, əldə olunan nəticələr kiçikmiqyaslı klinik araşdırmalara əsaslanır. Onlar baru meyvəsini sağlamlıq üçün potensial faydalı və funksional qida məhsulu hesab edirlər.

Alimlər ən faydalı ekzotik meyvənin adını açıqlayıblar

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər