Alimlər bu XƏSTƏLİKLƏ bağlı xəbərdarlıq etdilər!
Beynəlxalq alimlər qrupu quş qripi H5N1 virusunun yeni ştamının potensial təhlükəsi barədə xəbərdarlıq edib. Onların fikrincə, bu virus 2025-ci ildə ən ciddi qlobal təhlükələrdən birinə çevrilə bilər, xüsusən də virus insanlar arasında effektiv şəkildə ötürülməyə başlasa...
BAKU.WS xəbər verir ki, bu barədə Conversation portalı məlumat yayıb.
COVID-19 pandemiyasının dağıdıcı təsirlərindən sonra tədqiqatçılar növbəti qlobal təhlükə ola biləcək infeksiyaları diqqət mərkəzinə alıblar. Malyariya, HİV və vərəm hələ də narahatlıq doğuran ən təhlükəli yoluxucu xəstəliklər sırasındadır və hər il təxminən 2 milyon insanın ölümünə səbəb olur. Bununla yanaşı, yeni yaranan patogenlər, o cümlədən quş qripi virusları da "diqqətə layiqdir". Xüsusilə, H5N1 ştammı son zamanlar ABŞ-da südlük mal-qara və Monqolustanda atlarda da aşkar edilib.
Son dövrlərdə insanlarda H5N1 infeksiyasına yoluxma halları əhəmiyyətli dərəcədə artıb. Bu il yalnız ABŞ-da 61 yoluxma hadisəsi qeydə alınıb. H5N1 ştammı insanlarda yüksək ölüm nisbətinə sahibdir - təxminən 30%. Hal-hazırda virus insanların bir-birinə yoluxmasına asanlıqla səbəb olmur, bu isə pandemiya riskini azaldır. Lakin tədqiqatçılar xəbərdarlıq edirlər ki, bir mutasiya H5N1-i insanlar arasında sürətlə yayılmağa qadir edə bilər. Belə bir vəziyyət yaranarsa, hökumətlər qlobal fəlakətin qarşısını almaq üçün dərhal reaksiya verməlidir.
Bir neçə ölkə artıq 2025-ci il üçün hazırlıqlara başlayıb. Məsələn, Böyük Britaniya, H5N1 virusuna qarşı peyvənd hazırlığının bir hissəsi olaraq 5 milyon doza peyvənd alıb. Hal-hazırda, virus insanların arasında ötürülməsə də, o, heyvanların sağlamlığını, ərzaq təhlükəsizliyini və iqtisadiyyatı hələ də təhdid etməkdə davam edir. Bu da insan, heyvan və ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini bir daha vurğulayır.
Oxşar xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 2-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü göz...